Ağsuda polis serjantı iş otağında keçinib

Ağsuda polis serjantı iş otağında keçinib
# 06 fevral 2012 17:33 (UTC +04:00)
Ağsu. Elvin Yaqubov-APA. Ağsu rayon polis şöbəsində ölüm faktı qeydə alınıb. APA-nın məlumatına görə, şöbə rəisi polis polkovnik-leytenantı Bahadur Şükürovun köməkçisi, polis serjantı 1981-ci il təvəllüdlü Qədirov Səbuhi Vaqif oğlu bu gün günorta saatlarında iş otağında dünyasını dəyişib. Rayon Polis şöbəsindən APA-ya verilən məlumata görə iki uşaq atası olan Səbuhi Qədirov ürəktutması səbəbindən vəfat edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR