“Bank Standard” ötən il ərzində ümumi həcmi 668 476 manat təşkil edən 34 ipoteka krediti ayırıb

“Bank Standard” ötən il ərzində ümumi həcmi 668 476 manat təşkil edən 34 ipoteka krediti ayırıb
# 23 yanvar 2007 14:54 (UTC +04:00)
Ötən il ərzində “Bank Standard” Səhmdar Bankı Azərbaycan İpoteka Fondu vasitəsilə müştərilərə ümumi həcmi 668 476 AZN təşkil edən 34 ipoteka krediti təqdim edib. APA-nın məlumatına görə, bu barədə “Bank Standard”ın İdarə Heyətinin sədr müavini Cavid Quliyev məlumat verib.
C.Quliyev bildirib ki, ötən ilin mart ayında bank tərəfindən Azərbaycanda ilk ipoteka krediti verilib, ilin sonunda isə bank özünün Gəncə və Lənkəran filialları vasitəsilə regional ipoteka kreditlərinin verilməsinə başlayıb: “İpoteka kreditləşməsini sadələşdirmək və təkmilləşdirmək səyləri çərçivəsində ipoteka kreditlərinin faiz dərəcəsi illik 6%-ə endirilib. Yeni faiz dərəcəsi yeni alınan kreditlərlə yanaşı əvvəl verilən kreditlərə də tətbiq olunacaq”.
C.Quliyev həmçinin qeyd edib ki, ötən il “Bank Standard” tərəfindən təqdim olunan “Mənzilim” kommersiya ipoteka proqramı çərçivəsində 428 160 AZN məbləğində 17 ipoteka krediti ayrılıb. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR