Muğam Teatrında Səid Rüstəmovun 100 illik yubileyi qeyd olunacaq

Muğam Teatrında Səid Rüstəmovun 100 illik yubileyi qeyd olunacaq
# 12 fevral 2007 10:36 (UTC +04:00)
Muğam Teatrında bəstəkar Səid Rüstəmovun 100 illik yubileyi keçiriləcək. Bu barədə APA-ya teatrın direktoru, rejissor Arif Qazıyev məlumat verib. Yubiley tədbirinin martın 10-da keçirilməsi nəzərdə tutulub. A. Qazıyev bildirib ki, yaxın günlərdə tədbirə hazırlıq işləri başlayacaq: “Yubiley mərasiminin yüksək səviyyədə təşkil olunmasına çalışacağıq. Tədbirdə Səid Rüstəmovun həyat və yaradıcılığından danışılacaq və onun əsərləri ifa olunacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR