Müsavat Partiyası fevralın 18-də yürüş-mitinq keçirib
![Müsavat Partiyası fevralın 18-də yürüş-mitinq keçirib](https://apa.az/storage/news/2007/february/19/big/blank.jpg)
Müsavat Partiyası fevralın 18-də enerji daşıyıcılarının qiymətlərinin artırılmasına etiraz olaraq yürüş-mitinq keçirib. APA-nın məlumatına görə, aksiya təyin olunan vaxtda metronun “Həzi Aslanov” stansiyasından yürüşlə başlayaraq “Ukrayna” meydanında mitinqlə yekunlaşıb. Hava şəraitinə görə yürüş-mitinq yarım saat davam edib. Mitinqdə partiya başqanı İsa Qəmbər, millət vəkili Pənah Hüseyn və digərləri çıxış edərək enerji daşıyıcılarının qiymətlərinin endirilməsini istəyiblər. İ. Qəmbər tələbləri yerinə yetirilməsə, kütləvi aksiyaların davam etdiriləcəyini bildirib. Bakı şəhər Baş Polis İdarəsinin məlumatına görə, aksiyada 200 nəfər iştirak edib. /APA/
Daxili siyasət
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
![Milli Məclisin növbəti iclasının tarixi məlum olub](https://apa.az/storage/news/2024/june/21/big/66754c897e34466754c897e345171896333759a1afe3ee1ce6e309a487538449909b.jpg)
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
![Seçki prosesində yeni nəsil şəxsiyyət vəsiqələri sahiblərinin rastlaşdığı problem aradan qaldırılır](https://apa.az/storage/news/2024/june/20/big/6673f9d03a63c6673f9d03a63d17188766246673f9d03a63a6673f9d03a63b.jpg)