Müsavat növbəti yürüş-mitinqlə bağlı digər partiyalara rəsmi müraciət etməyəcək

Müsavat növbəti yürüş-mitinqlə bağlı digər partiyalara rəsmi müraciət etməyəcək
# 23 fevral 2007 10:23 (UTC +04:00)
“Müsavat Partiyası martın 18-nə təyin etdiyi yürüş-mitinqlə bağlı digər partiyalara rəsmi müraciət etmək və hər hansı danışıqlar aparmaq niyyətində deyil”. Bu barədə APA-ya Müsavat Məclisinin sədri Sülhəddin Əkbər bildirib. Bundan əvvəlki aksiyalarda müxalifət partiyalarına müraciətlərin edildiyini xatırladan S. Əkbər bu dəfə yalnız mətbuat vasitəsi ilə müraciət ediləcəyini vurğulayıb. Məclis sədri hesab edir ki, sosial problemlərin həli tələbi ilə keçirilən kütləvi aksiyalara partiyaların bu cür münasibəti düzgün deyil. Müsavatın keçirdiyi aksiyalarda iştirakçıların sayının mitinqlərin şəhərin mərkəzindən kənarda təyin edilməsi səbəbindən az olması barədə “Azadlıq” blokunun təmsilçiləri tərəfindən səslənən fikirlərə gəldikdə S. Əkbər bunun doğru olmadığını qeyd edib. Onun sözlərinə görə, aksiyalarda iştirakçıların sayının azlığı yalnız vətəndaşların öz problemlərinə biganə yanaşması ilə bağlıdır: “Əgər cəmiyyət özü sosial hüquqları uğrunda mübarizəyə qalxmayacaqsa, təbii ki, bu problemlər də həll olunmamış qalacaq. Müsavat Partiyası öz məsuliyyətini dərk etdiyi üçün bu kimi aksiyalar təşkil edir. Digər partiyalar buna biganə yanaşırlarsa, bu, doğru mövqe deyil”./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR