“Qarabağ” klubunun baş məşqçisi Rasim Kara Türkiyəyə yollanıb

“Qarabağ” klubunun baş məşqçisi Rasim Kara Türkiyəyə yollanıb
# 26 fevral 2007 08:14 (UTC +04:00)
Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Rasim Kara Azərbaycanı tərk edib. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən klubun baş direktoru Əmrah Çəlikəlin sözlərinə görə, türkiyəli çalışdırıcı rəhbərlikdən bir həftəlik icazə alaraq vətəninə yollanıb. Həftənin sonlarında Bakıya qayıdacaq türkiyəli məşqçi bundan sonra klub rəhbərliyi ilə hazırlıq planlarını müzakirə edəcək.
Qeyd edək ki, “Qarabağ” komandasının legioner futbolçuları da hazırda vətənlərində istirahət edirlər. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR