Haaqada Xocalı soyqırımının 15-ci ildönümünə həsr olunmuş beynəlxalq konfrans başa çatıb

Haaqada Xocalı soyqırımının 15-ci ildönümünə həsr olunmuş beynəlxalq konfrans başa çatıb
# 27 fevral 2007 08:34 (UTC +04:00)
Xocalı soyqırımının 15-ci ildönümü münasibətilə Hollandiyanın Haaqa şəhərində keçirilən beynəlxalq konfrans başa çatıb. APA-nın məlumatına görə, İqdır bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən konfransa Türkiyə və Azərbaycanda çoxlu sayda siyasətçi, millət vəkili, tədqiqatçı və elm xadimləri qatılıb. Konfransı giriş sözü ilə açan İqdır bələdiyyə başqanı Nurəddin Aras Xocalı soyqırımının ildönümü ilə əlaqədar beynəlxalq toplantı üçün Haaqa şəhərinin təsadüfən seçilmədiyini deyib. “Dünyanın ədalət duyduğu beynəlxalq məhkəmələrin hamısı Haaqada yerləşir. Bu toplantının məhz Haaqada keçirilməsinin xüsusi mənası var. 15 il əvvəl ermənilər Xocalıda türk xalqına qarşı misli görülməmiş bir soyqırımı həyata keçiriblər, lakin dünya bu vəhşiliklərə göz yummaqda davam edir. Artıq erməni qatillərinin törətdiyi vəhşilikləri anlatmaq və bu qatilləri dünya ictimaiyyətinin gözü önündə məhkum etmək vaxtı çatıb. Nəinki zaman yetişib, biz hətta bu məsələdə gecikmişik də. Ermənilərin törətdiyi soyqırımlarına qarşı səssiz qalmaq Türkiyənin boyuna zorla qoyulan qondarma “erməni soyqırımı” iddialarını qəbul etmək mənası daşıya bilər. Ermənilərin tarix boyu türk xalqına qarşı törətdiyi soyqırımlarının son həlqəsi olan Xocalı faciəsini bütün tərəfləri ilə dünyaya anlatmaq üçün əlimizdən gələn hər şeyi etməyə məcburuq. Bu bizim tarix qarşısında məsuliyyətimiz olduğu qədər, millətimiz qarşısında da önəmli vəzifəmizdir. Ermənilər 1918-1920-ci illərdə Anadoluda və Azərbaycanın bir çox yerlərində olduğu kimi İqdırda da türk xalqına qarşı misilsiz vəhşiliklər törədiblər. Əbədi türk diyarı olan Qarabağı erməniləşdirmək üçün sovet qoşunları 1992-ci ilə kimi 80 azərbaycanlı kəndini zorla boşaldıblar. Xocalı soyqırımı Qarabağın erməniləşdirilməsi siyasətinin son həlqəsi idi”. Toplantıda çıxış edən Azərbaycan parlamentinin üzvləri Qənirə Paşayeva, Elman Məmmədov və başqaları öz çıxışlarında Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməklə yanaşı Türkiyəyə qarşı da qondarma “erməni soyqırımı” iddiaları irəli sürdüklərinə diqqət çəkiblər. Çıxışlarda erməni məsələsinə qarşı bütün türklərin birləşməsinin vacibliyi öz plana çəkilib. Açılış mərasimindən sonra professor Ənvər Konukçunun sədrliyi ilə konfrans keçirilib. Konfransda sabiq fövqəladə və səlahiyyətli səfir, erməni terrorzimi mövzusunda 20-dən artıq kitabın, o cümlədən “Şəhid diplomatlarımız” kitabının müəllifi Bilal Şimşir “Azərbaycanın yenidən müstəqillik qazanması və ermənilər”, istefada olan ordu generalı Necati Özgen “Ermənilərn xarici siyasəti, Qarabağın işğalı və Xocalı soyqırımı”, professor Osman Mətin Öztürkün “Böyük Ermənistan idealı və Xocalı soyqırımı”, tədqiqatçı Səfa Yörüəl “Qarabağ soyqırımında diqqət yetirilməsi vacib olan strateji” mövzularında çıxışlar ediblər. Daha sonra konfrans iştirakçılarının Xocalı soyqırımına həsr olunmuş müxtəlif mövzularda çıxışları dinlənilib. 500-dən artıq nümayəndənin qatıldığı konfrans Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başa çatıb. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR