İltimas Məmmədov: “Beynəlxalq və mobil telefon danışıqlarının qiymətinin aşağı salınması nəzərdə tutulur”

İltimas Məmmədov: “Beynəlxalq və mobil telefon danışıqlarının qiymətinin aşağı salınması nəzərdə tutulur”
# 02 mart 2007 12:15 (UTC +04:00)
“Şəhər daxilində telefon danışıqlarına limit tətbiq olunması barədə təklifi Tarif Şurasına göndərmişik. Tarif Şurasının sədri Heydər Babayev də öz çıxışında iki dəfə bu məsələyə toxunub. Təklifi dəyərləndirmək üçün Tarif Şurasının öz proseduraları var”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov verib. Onun sözlərinə görə, təkliflər hazırlanan zaman digər ölkələrdə tətbiq olunan limit göstəriciləri də nəzərə alınıb: “Digər tərəfdən limit tətbiq etməmək, digər variantlardan istifadə etmək məsələsi də var. Bu məsələlər hələ dəqiqləşməyib. Həm də Tarif Şurasının bu təklifə baxacağı, yaxud ləğv edəcəyi də hələ məlum deyil”. İltimas Məmmədov yaxın perspektivdə beynəlxalq və mobil danışıqlarının və biznes sektoru üçün tariflərin azaldılmasının nəzərdə tutulduğunu deyib. O, təmsil etdiyi nazirliyin qiymətlərin artımına deyil, azaldılmasına üstünlük verdiyini vurğulayıb. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR