Rusiyalı analitik: “Qərbin İlk Avropa Oyunları ilə bağlı təzyiqləri Soçi Olimpiadasını xatırladır”

Rusiyalı analitik: “Qərbin İlk Avropa Oyunları ilə bağlı təzyiqləri Soçi Olimpiadasını xatırladır”
# 28 iyun 2015 07:49 (UTC +04:00)

“Azərbaycan prezidenti haqlı olaraq bu təzyiq kampaniyasını ikili standartlar siyasətinin nəticəsi adlandırıb”

Bakı. Məlahət Nəcəfova - APA. “Qərbin İlk Avropa Oyunları ilə bağlı təzyiqləri Soçi Olimpiadasını xatırladır”. APA-nın məlumatın görə, Rusiyanın “Sputnik“ radiosunun siyasi analitiki Dmitri Babiç “RT.com” internet portalında dərc olunan məqaləsində İlk Avropa oyunları ilə bağlı rəsmi Bakıya qarşı yönələn təzyiqləri əsassız adlandırıb.

Məqalədə Azərbaycanın bu nüfuzlu idman yarışına qısa müddətdə hazırlaşdığı, eyni zamanda qərəzli dairələrin ölkəmizə qarşı təzyiqləri xüsusi vurğulanır: “Gənc müstəqil Azərbaycanın bu yarışlara hazırlaşması üçün cəmi 2 il yarım vaxt lazım gəldi. Amma oyunlara az vaxt qalmış Almaniya Bundestaqında Azərbaycanda insan haqlarının vəziyyətini əks etdirən qərəzli qərar, eləcə də qərb mətbuatı vasitəsilə həyata keçirilən təzyiq kampaniyası da diqqətdən yayınmadı”.

Müəllif Azərbaycan prezidenti İlham Əliyevin fikirlərinə istinad edərək yazır ki, əslində Azərbaycanın müstəqil siyasət yürütməsi heç də hamının xoşuna gəlmir: “Bakı bu təzyiqlərlə 2012-ci il “Eurovision” mahnı yarışması zamanı da qarşılaşdı. Amma bu, heç bir nəticə vermədi. Azərbaycan prezidenti haqlı olaraq bu təzyiq kampaniyasını ikili standartlar siyasətinin nəticəsi adlandırıb. Və İlham Əliyevin 2015-ci ilin mayında “Şərq Tərəfdaşılığı”nın Riqa sammitinə qatılmaması Qərbin əslində bu ikili standartlar siyasətinə cavabı idi”.

Məqalədə həmçinin vurğulanır ki, Azərbaycana qarşı yönələn təzyiqlər əslində 2008-ci il Pekin və 2014-cü il Soçi olimpiadasında da müşahidə olunub. “Bundestaqın 2008 və 2014-cü ildə qəbul etdiyi qərarlarda da hər iki olimpiadanın insan haqlarının pozulduğu bir mühitdə keçirildiyi bildirilirdi. Bu baxımdan 2015-ci il Avropa Oyunlarına qarşı təzyiqlərin sifarişinin əsas məqsədini çözmək çətin deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR