İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Azərbaycana səfər edəcək

İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Azərbaycana səfər edəcək
# 02 dekabr 2014 10:12 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Əbuzər İbrahimi Türkman sabah Bakıya səfər edəcək.

İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının dəvəti əsasında baş tutacaq.

Səfərinə Şəhidlər Xiyabanını ziyarət etməklə başlamağı planlaşdıran Ə. Türkman səfər çərçivəsində DQİDK-ın rəhbərliyi ilə yanaşı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xarici işlər nazirinin müavini Xələf Xələfov və Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovla görüşəcək.

Dekabrın 4-də isə Ə. Türkmanın İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzində ziyalılar və KİV nümayəndələri ilə görüşü nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR