Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO - VİDEO

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 25 mart 2014 01:43 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Bakıxanov qəsəbəsinin Sakit Qocayev küçəsində qeydə alınıb.

Anar Cavadovun idarə etdiyi VAZ-2107 markalı avtomobil qarşı tərəfdən gələn və hələlik sürücüsü məlum olmayan "Azsamand" markalı maşınla toqquşub.

Nəticədə VAZ-2107-nin sürücüsü Anar Cavadov və həmin avtomobildə olan sərnişin Aygün Səfərova ağır bədən xəsarətləri alıblar. Yaralılar 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. "Azsamand"ın sürücüsü isə qəzadan sonra hadisə yerini tərk edib.

İlkin ehtimala görə, hadisəyə "Azsamand"ın sürücüsünün yol hərəkəti qaydalarına əməl etməməsi və avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR