ABŞ-da 60 il həbs cəzasına məhkum olunmuş cani səhvən azadlığa buraxılıb

ABŞ-da 60 il həbs cəzasına məhkum olunmuş cani səhvən azadlığa buraxılıb
# 01 fevral 2013 05:19 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın İllinoys ştatında 60 il həbs cəzasına məhkum olunmuş canini səhvən azadlığa buraxılıb, polis cinayətkarın fəal axtarışlarına başlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 44 yaşlı Stiven Robbins həbs cəzasını İndiana ştatının islah müəssisələrindən birində çəkirdi. Yanvarın 30-da məhbus Çikaqoya gətirilib və burada onun barəsində əlavə olaraq narkotik maddələrini yayma ittihamına görə məhkəmə prosesi keçirilib. Məhkəmədə ona qarşı irəli sürülən ittihamlar əsassız olduğu sübuta yetirilib və o geri, İndiana ştatının islah müəssisəsinə göndərilmək əvəzinə, məhkəmə zalından səhvən azadlığa buraxılıb.

Polisin məlumatına görə, səhvən azadlığa buraxılan cani 60 illik həbs cəzasını 2004-cü ilin oktyabrında çəkməyə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR