Rusiyada müdafiə xərcləri 2027-ci ildə rekord həddə qaldırılıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə federal büdcə layihəsində bildirilib.
Qeyd olunub ki, gələn ilin federal büdcəsində müdafiə xərcləri - 41% artırılaraq 17,15 trilyon rubla (205,4 mlrd ABŞ dolları) çatacaq.
Büdcədən sosial siyasət, mənzil və kommunal xidmətlər və səhiyyə üçün maliyyələşdirmə isə kəskin şəkildə azaldılacaq.