Bakıda keçmiş əri tərəfindən döyülən qadın intihara cəhd edib

Bakıda keçmiş əri tərəfindən döyülən qadın intihara cəhd edib
# 12 dekabr 2013 11:58 (UTC +04:00)

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xiyabani küçəsində yaşayan İradə Əhəd qızı Məhəddinova onunla eyni ünvanda yaşayan keçmiş həyat yoldaşı, 1976-cı il təvəllüdlü Kənan Surxay oğlu Səfərov onu döyüb təhqir etdiyi üçün intihara cəhd edib.

İ.Məhəddinova Badamdar qəsəbəsində yerləşən parka gedərək, 40 ədəd “Anapirin” markalı dərman içməklə intihar etmək istəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR