Yaponiyada silikon fabrikində partlayış nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb - YENİLƏNİB

Yaponiyada silikon fabrikində partlayış nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 09 yanvar 2014 08:54 (UTC +04:00)

Bakı – APA. Yaponiyada silikon istehsal edən fabrikdə baş vermiş partlayış nəticəsində ölən və yaralanan şəxslərin sayı açıqlanıb.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.

***

11.54

Bakı – APA. Yaponiyada silikon istehsal edən fabrikdə partlayış baş verib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, polis partlayış nəticəsində çoxlu sayda fəhlənin xəsarət aldığını bildirib. Lakin hələlik ölən və yaralanan şəxslərin sayı dəqiqləşdirilməyib.

“Mitsubishi Materials”ın mətbuat xidmətindən bildiriblər ki, şirkətə məxsus fabrikdə baş vermiş partlayışa yolverilməz kimyəvi reaksiya səbəb olub.

Hadisə yerində xilasedicilər işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR