Bakı-Böyük Kəsik istiqamətində 7 km yolun əsaslı təmirinə start verilib - FOTO

Bakı-Böyük Kəsik istiqamətində 7 km yolun əsaslı təmirinə start verilib - <span style="color: red;">FOTO
# 09 fevral 2013 07:23 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair dövlət proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

“Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, bu gün Karrar-Sığırlı mənzilində 7 km yolun əsaslı təmirinə start verilib.

Fevralın 15-nə kimi davam edəcək əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir. Fevralın 9-da səhər saatlarında köhnə yolun söküntüsünə start verilib və artıq 1 km köhnə yol sökülüb.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 186 km yol əsaslı təmir olunub.

İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın «İxrac» Bankının nəzarət qrupu müşahidə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR