İğdır Valiliyinin katibi: “Türkiyə Qarabağı Azərbaycanın bir parçası kimi görür”

İğdır Valiliyinin katibi: “Türkiyə Qarabağı Azərbaycanın bir parçası kimi görür”
# 30 sentyabr 2013 15:27 (UTC +04:00)

İğdır. Etibar Məmmədov – APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü, Azad Qarabağ Uğrunda Alyansın iştirakı ilə “Qarabağ təbliğat turu” çərçivəsində Türkiyənin İğdır şəhərində Qarabağ həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılması məqsədilə bir sıra görüşlər keçirilib.

APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Alyans üzvləri öncə İğdırda idmanın təbliği ilə əlaqədar keçirilən yürüşdə iştirak ediblər. Şəhid və Qazilər Birliyi, Kıbrıs Barış Hərəkatına Qatılanlar Dayanışma Dərnəyində görüş keçirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsi barədə müzakirələr aparılıb.

Sonra Alyans üzvləri İğdır Valiliyinin katibi Fərhat Akkuş ilə görüşüblər. QAT sədri Akif Nağı Qarabağ münaqişəsi haqqında danışaraq, təmsil etdiyi təşkilatın bu münaqişə ilə bağlı mövqeyini diqqətə çatdırıb.

F. Akkuş Qarabağ məsələsinin uzun müddətdir ki, Türkiyə gündəmində olduğunu vurğulayıb. Valilik katibi qeyd edib ki, Türkiyə Dağlıq Qarabağı Azərbaycanın bir parçası kimi görür və bu torpaqların azad olunması istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR