CAR-da avtobusla yük maşınının toqquşması nəticəsində 26 ölüb, 11 nəfər yaralanıb

CAR-da avtobusla yük maşınının toqquşması nəticəsində 26 ölüb, 11 nəfər yaralanıb
# 12 noyabr 2013 02:58 (UTC +04:00)

Bakı-APA. Cənubi Afrika Respublikasında sərnişin avtobusu ilə yük avtomobilinin toqquşması nəticəsində ən azı 26 ölüb, 11 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu haqda Frans Press agentliyinin yaydığı xəbərdə bildirilir.

Qəza gecə saatlarında Pretoriyadan 100 km şərqdə yerləşən Kvaqqafonteyn şəhəri yaxınlığında baş verib.

Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR