Azərbaycanın bir neçə rayonunun qaz təchizatında fasilələr olacaq

 Azərbaycanın bir neçə rayonunun qaz təchizatında fasilələr olacaq
# 13 noyabr 2013 07:40 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün Azərbaycanın bəzi rayonlarında istehlakçıların təbii qazla təminatında problemlər olacaq.

ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyindən «APA-Economics»ə bildirilib ki, təmir işləri ilə əlaqədar noyabrın 13-də saat 10:00-dan Şirvan şəhərinin bir hissəsinə, saat 10:00-dan 12:00-dək Ağsu, Goranboy və Şəmkir rayonlarının bir hissəsinə, saat 10:00-dan 18:00-dək Qaradağ rayonunun Lökbatan qəsəbəsinə, saat 11:00-dan 3 gün müddətində Şamaxı rayonunun Hacılı, Qızmeydan, Əhmədli kəndlərinə və Qobustan rayonunun Hilmilli kəndinə, saat 11:00-dan 17:00-dək Şabran rayonunun bir hissəsinə, saat 12:00-dan 14:00-dək Kürdəmir rayonunun bir hissəsinə, saat 14:00-dan 16:00-dək Gədəbəy rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Tovuz rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR