ABŞ Ukraynadakı münaqişə ilə bağlı Rusiya şirkətlərinə qarşı sanksiya siyahısını genişləndirib

ABŞ Ukraynadakı münaqişə ilə bağlı Rusiya şirkətlərinə qarşı sanksiya siyahısını genişləndirib
# 02 sentyabr 2015 09:31 (UTC +04:00)

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, sanksiyalar “Rosneft” və iş adamı Gennadi Timçenko ilə bağlılığı olan şirkətlərə şamil olunub. Nazirlikdən bildiriblər ki, şirkətlərin “qara siyahı”ya salınması Rusiyanın Ukrayna siyasəti ilə əlaqədar bu ölkəyə qarşı tətbiq olunan sanksiyaların effektivliyini yüksəltmək məqsədi daşıyır.

Sanksiya siyahısına “Rosneft”in strukturları – “Vankorneft”, “Neft-Aktiv”, “Samotlornefteqaz”, “Orenburqneft”, “Verxneçonsknefteqaz”, “RN-Yuqansknefteqaz” və bir sıra neft emalı zavodları – Açinsk, Anqarsk, Kuybışev, Novokuyşevsk, Sızransk və Komsomolsk müəssisələri, eyni zamanda “Rosneft Trading”, “Rosneft Trade Ltd” və “RN Holding” daxil edilib.

“İPP Oil Products”, “Airfix Aviation Oy”, “Set Petrochemicals Oy”, “Southeast Trading Oy” və “SouthPort Managment Services Ltd” isə Gennadi Timçenko ilə əlaqələri səbəbiylə sanksiyaya məruz qalıb.

Bundan başqa, “İjmaş” Konserni və “Kupol” İjevsk mexanika zavodu da sanksiya siyahısına düşüb.

Beləliklə, “Rosneft”ə daha əvvəl tətbiq olunmuş sanksiyalar onun törəmə şirkətlərinə də şamil olunacaq. Timçenko ilə əlaqəsi olan şirkətlərin ABŞ-dakı aktivləri isə dondurulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR