Rusiya millisinin baş məşqçisi Kapello məğlubiyyətin məsuliyyətini türkiyəli hakimin üzərinə atıb - VİDEO

Rusiya millisinin baş məşqçisi Kapello məğlubiyyətin məsuliyyətini türkiyəli hakimin üzərinə atıb - <span style="color: red;">VİDEO
# 27 iyun 2014 02:04 (UTC +04:00)

Bakı. Mahir Məmmədli - APA TV. Rusiya millisinin baş məşqçisi Fabio Kapello futbol üzrə dünya çempionatının sonuncu turunda Əlcəzair millisi qarşısında məğlubiyyətin məsuliyyətini qarşılaşmanın türkiyəli hakimi Cüneyt Çakırın üzərinə atıb. APA TV-nin məlumatına görə, baş məşqçi deyib ki, Rusiya millisi oyunda səhvə yol verməyib: SİTAT: "Biz evə gedirik. 10 dəqiqə ərzində qapıçımızın gözünə şüa saldılar. Bunun foto və videosübutları var. Qapıçının gözünə şüa düşdü və o, qol buraxdı.

Dünya çempionatının ən bahalı baş məşqçisi olan Fabio Kapello istefa verib-verməyəcəyi ilə bağlı suala konkret cavab verməyib. Daha doğrusu, baş məşqçi, istefaya getməyəcəyinə işarə edib və deyib ki, əgər ona ehtiyac varsa, qalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR