Gürcüstanın baş naziri dini icmalara ayrılacaq maliyyənin 4,5 milyon lari olacağını açıqlayıb

Gürcüstanın baş naziri dini icmalara ayrılacaq maliyyənin 4,5 milyon lari olacağını açıqlayıb
# 27 yanvar 2014 20:27 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, “Sovet totalitar rejimi dövründə Gürcüstanda dini qurumlara dəyən zərərin qismən ödənilməsi ilə bağlı bəzi tədbirlərin həyata keçirilməsi haqqında qaydaların təsdiq olunması haqqında” hökumətin qərarını Patriarxlıq müsbət hadisə hesab edib. Gürcüstan patriarxı 4 dini qurumun maliyyələşdirilməsini “ədalətin nümayiş etdirilməsi” kimi qeyd edib.

Qeyd edək ki, Gürcüstan hökuməti ölkədə fəaliyyət göstərən Gürcüstan Müsəlmanları, katolik kilsəsi və yəhudi birliyi, erməni Apostol Pravoslav Müqəddəs Kilsəsinə yanvarın 27-də maliyyə ayrılması barədə qərar qəbul edib.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili yanvarın 27-də hökumətin iclasında çıxış zamanı dini icmalara ayrılan maliyyənin 4,5 milyon lari ($1= 177 lari) olduğunu bildirib.

APA-nın gürcü mətbuatına istinadən məlumatına görə, Gürcüstan Patriarxlığı 2002-ci ildə Gürcüstan dövləti ilə Konstitusiya müqaviləsi bağlayıb və xüsusi statusa malikdir. Patriarxlıq dövlət büdcəsindən maliyyələşdirilən yeganə təşkilatdır və bu il təşkilat üçün 25 milyon həcmində maliyyə dəstəyi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR