BMT QAK-ın Azərbaycandakı nümayəndəsi: “Azərbaycanda qaçqın və məcburi köçkünlərin tələbatları artıq dəyişib”

BMT QAK-ın Azərbaycandakı nümayəndəsi: “Azərbaycanda qaçqın və məcburi köçkünlərin tələbatları artıq dəyişib”
# 20 iyun 2014 14:39 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu – APA. “Hazırda dünyada 50 milyondan artıq qaçqın var. İkinci dünya müharibəsindən sonra ilk dəfə bu qədər insan qaçqın düşüb”. APA-nın məlumatına görə, bunu 20 İyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı təşkil edilən tədbirdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Daq Siqurdson deyib.

D. Siqurdson Türkiyə, İordaniya, İran, Pakistan kimi ölkələrin ən çox qaçqın qəbul edən dövlətlər olduğunu diqqətə çatdırıb və onlara təşəkkür edib. Onun sözlərinə görə, Almaniya da 13 min suriyalı qaçqını qəbul etməyə hazır olduğunu açıqlayıb.

D. Siqurdson qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində Azərbaycanla əməkdaşlıq etdiklərini söyləyib: “Azərbaycan hökumətinin imkanları ilə bizim imkanlar müqayisə oluna bilməz. Biz də bu məsələni beynəlxalq aləmə çatdırırıq ki, bu problemlər həllini tapsın. Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, mənzillərlə təminatı sahəsində çox böyük və keyfiyyətli işlər görülüb. Artıq bu insanların tələbatları dəyişib. Biz gələcəkdə Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı inkişaf proqramlarının həyata keçirilməsinin şahidi olacağımıza inanırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR