Prezidentliyə iddialı daha bir nəfər sənədləri MSK-ya təqdim edib

Prezidentliyə iddialı daha bir nəfər sənədləri MSK-ya təqdim edib
# 17 avqust 2013 11:35 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.


O deyib ki, AMEA Fizika İnstitutunun əməkdaşı, elmlər doktoru, professor, 1950-ci il təvəllüdlü Qüdrət İsaq oğlu İsaqov öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürərək, bununla bağlı MSK-ya müraciət edib.

M. Pənahov qeyd edib ki, artıq seçki qanunvericiliyinə əsasən namizədliyi təsdiq olunan şəxslər tərəfindən imzatoplama kampaniyasına başlanılıb.

Artıq MSK-da 59 nəfər müşahidəçi qismində üçün qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR