Gələn il Azərbaycanda dövlət rüsumlarının toplanması 7% artacaq

Gələn il Azərbaycanda dövlət rüsumlarının toplanması 7% artacaq
# 09 oktyabr 2013 13:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda 2014-cü ildə dövlət rüsumları şəklində dövlət büdcəsinə daxilolmalar 123 mln. manat həcmində proqnozlaşdırılır ki, bu da 2012-ci ilin faktiki nəticəsi ilə müqayisədə 19,5 mln. manat və ya 18,9%, bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə isə 8,0 mln. manat və ya 7,0% artım deməkdir.

«APA-Economics»in xəbər verdiyi kimi, bu, «Azərbaycan Respublikasının 2014-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatı»nda deyilir.

Həmçinin, gələn il gömrük rüsumları formasında dövlət büdcəsinə 330 mln. manatın daxil olacağı proqnozlaşdırılır ki, bu da 2012-ci ilin faktı ilə müqayisədə 100,5 mln. manat və ya 43,8%, bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 44,6 mln. manat və ya 15,6% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR