Bakının Tbilisi prospektində magistral yolun bir hissəsi açılıb

Bakının Tbilisi prospektində magistral yolun bir hissəsi açılıb
# 13 avqust 2013 01:21 (UTC +04:00)

Bakı-APA. Tbilisi prospektinin Salamzadə küçəsi ilə kəsişməsindən 20 Yanvar qovşağınadək olan hissəsi ötən axşam açılıb. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin APA TV-yə verdiyi məlumata görə, yolun təmirinə 3-4 gündən sonra başlanılacaq. Bu müddət ərzində tıxacların qarşısını almaq və sürücülərin işini asanlaşdırmaq məqsədilə yolda avtomobillərin hərəkətinə müvəqqəti icazə verilib.

Qeyd edək ki, təxminən yarım kilometrlik hissədə təmir işləri aparılmayıb. Sadəcə olaraq, qaz xətlərinin çəkilişi bitib və qazılan yerə müvəqqəti asfalt döşənib.

Sürücülər bir neçə gün Tbilisi prospektindən istifadə edə bilər. Amma həftənin sonlarına yaxın yol yenidən bağlanacaq. Yol 6-7 gün bağlı qalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR