Moskvada qətlə yetirilən Azərbaycan vətəndaşının şəxsiyyəti məlum olub - YENİLƏNİB 1 - VİDEO

Moskvada qətlə yetirilən Azərbaycan vətəndaşının şəxsiyyəti məlum olub - <span style="color: red;">YENİLƏNİB 1  - <span style="color: red;">VİDEO
# 15 yanvar 2014 10:38 (UTC +04:00)

APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, çoxlu sayda bıçaq xəsarətləri ilə öldürülən Azərbaycan vətəndaşı 1984-cü il təvəllüdlü Ağayev Füzuli Nizami oğludur.

Qeyd edək ki, dünən Moskvanın cənubunda saat 22.36-da polisə 2-ci Kotlyakovski döngəsi, ev 1 ünvanında insident baş verdiyi haqda məlumat daxil olub. Hadisə yerinə gedən polislər bir nəfərin bıçaqlanaraq öldürüldüyünü aşkarlayıblar.

Qətlin meyvə-tərəvəz bazasında məişət zəminində baş vermiş mübahisə zamanı törədildiyi bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

saat 10.18

Bakı - APA. Moskva şəhərinin cənubunda üzərində bıçaq xəsarətləri olan naməlum kişi meyiti tapılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yanvarın 14-də yerli vaxtla saat 22.36-da polisə 2-ci Kotlyakovski döngəsi, ev 1 ünvanında insident baş verdiyi haqda məlumat daxil olub. Hadisə yerinə gedən polislər bir nəfərin bıçaqlanaraq öldürüldüyünü görüblər. Onun Azərbaycan vətəndaşı olduğu müəyyənləşdirilib.

Qətlin meyvə-tərəvəz bazasında məişət zəminində baş vermiş mübahisə zamanı törədildiyi bildirilir. Cinayətin təfərrüatları araşdırılır.

***

saat 03:38

Bakı-APA. Moskvanın cənubunda üzərində çoxsaylı bıçaq yarası olan kişi cəsədi aşkarlanıb. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə DİN-in Moskva şəhəri üzrə baş idarəsindən bildirilib.

“Yanvarın 14-də saat 22.36-da növbətçi hissəyə Kostlyakovski küçəsində 1 nəfər şəxsin yaralanması barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları üzərində çoxsaylı bıçaq yarası olan şəxsin cəsədini aşkarlayıblar. Hadisə yerində istintaq-əməliyyat qrupu çalışır”, deyə agentliyə mənbə bildirib.

Mənbənin məlumatına görə, qətl hadisəsi tərəvəz bazasında münaqişə zəminində törədilib.

Öldürülən şəxsin kimliyi və milliyyəti barədə hələlik məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR