Eldar Namazov: “Müsavatın Milli Şuradan çıxması çox da gözlənilməz qərar deyil”

Eldar Namazov: “Müsavatın Milli Şuradan çıxması çox da gözlənilməz qərar deyil”
# 07 yanvar 2014 14:49 (UTC +04:00)

Ancaq son vaxtlar mətbuata açıqlamalarda verilən mesajları nəzərə alsaq, demək olmaz ki, bu, çox gözlənilməz bir qərar oldu”. Bunu APA-ya açıqlamasında “El” Hərəkatının sədri Eldar Namazov deyib.

E. Namazov Milli Şurada yaranmış son durumun yaxın vaxtlarda “El” Hərəkatının İdarə Heyətinin toplantısında müzakirə olunacağını söyləyib. O, “El” Hərəkatının Milli Şuradan çıxmaq barədə qərar verəcəyini istisna etməyib: “Siyasi proseslərdə elə məqam olur ki, qərarın nədən ibarət olmasından daha çox, qərarın necə qəbul olunmasının vacibliyi önə çıxır. Bütün hallarda Milli Şura ilə bağlı qərarı bir yerdə versək, daha yaxşı olardı, nəinki ayrılıqda. Milli Şuranın yanvarın ortalarında keçiriləcək sessiyasından əvvəl həm partiyaların, hərəkatların daxilində, həm də qurumlar arasında məsləhətləşmələr aparılmalıdır. Siyasi, ictimai qurumlarla, ziyalılarla sessiyaya qədər müzakirələr aparılmalı və hansısa ümumi fikrə gəlinməlidir”.

E. Namazov Milli Şuranın sədri Cəmil Həsənli ilə bu gün keçirilən görüşündən də danışıb: “Cəmil Həsənli bu gün mənə telefon açmışdı, təklif olundu, görüşdük. Durumu bir daha müzakirə etdik, mətbuatda yer alan bəzi məsələlər barədə bir daha danışdıq. Təbii ki, əsasən Milli Şuranın taleyindən söhbət getdi. Mən sizə dediklərimi Cəmil Həsənliyə də demişəm. Demişəm ki, Milli Şura ilə bağlı qərarı qurumdakı qüvvələr məsləhətləşərək birgə versin, qərarların ayrı-ayrı verilməsi düzgün deyil”.

Qeyd edək ki, C. Həsənli mətbuata son açıqlamasında E. Namazovun mayda yaradılan Milli Şura ilə hazırkı Milli Şuranı müqayisə etməsini narazılıqla qarşılayıb. O, Milli Şuranın xilas edilməsində rolunun qeyd edilməməsindən narazılığını dilə gətirib, Milli Şuranın Koordinasiya Şurasına namizədlərin siyahısının “El” Hərəkatı tərəfindən mətbuata ötürüldüyünü bəyan edib. C. Həsənli bildirib ki, E. Namazov “El” Hərəkatının rəhbərliyində təmsil olunan şəxslərin hamısının Koordinasiya Şurasının tərkibində olmasını istəyir, narazılığı da bundan qaynaqlanır. Görüşdə bu məsəllərə toxunulub-toxunulmaması ilə bağlı E. Namazov bildirib ki, görüşdə mayda yaranmış Milli Şura ilə indiki Milli Şura arasındakı fərqin bu gün indi daha açıq-aydın göründüyünü vurğulayıb: “Cəmil Həsənli özü də bir gün etiraf edəcəkdi ki, bu Milli Şura o Milli Şura deyil. Digər tərəfdən, Milli Şuranın yaranmasında, inkişaf etməsində hamının zəhməti olub və biz hamının zəhmətini qiymətləndirməliyik. Siyahı məsələsinə gəlincə, bu, çox yanlış informasiyadır və bunu təkzib etmək çox asan oldu. Bu siyahı başqa yerdən sızdırılıb. “El” Hərəkatının rəhbərliyində təmsil olunan şəxslərin hamısının Koordinasiya Şurasının tərkibində olması ilə bağlı informasiyanın özü də doğru deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR