Azərbaycan biznesmenləri halal yeyinti məhsulları sərgisinə dəvət olunub

Azərbaycan biznesmenləri halal yeyinti məhsulları sərgisinə dəvət olunub
# 23 yanvar 2014 13:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Qazaxıstanda beynəlxalq «KazFood-2014» və «Kazakhstan International Halal Expo-2014» sərgiləri keçiriləcək.

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hər iki yeyinti məhsulları üzrə təşkil olunacaq sərgi mayın 15-17-də Astana şəhərində baş tutacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgilərdə iştiraka dəvət olunur. Sərgidə iştirak etmək istəyən iş adamları İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR