Ombudsman Böyük Britaniya Krallığının Azərbaycandakı səfirini qəbul edib

Ombudsman Böyük Britaniya Krallığının Azərbaycandakı səfirini qəbul edib
# 27 yanvar 2014 14:40 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova Böyük Britaniya Krallığının Azərbaycandakı səfiri İrfan Sıddıqı qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tanışlıq məqsədi daşıyan görüşdə Müvəkkil Ombudsman haqqında Konstitusiya Qanunu çərçivəsində fəaliyyətini diqqətə çatdırıb.

Səfir səmimi qəbul, ətraflı məlumat və faydalı fikir mübadiləsi üçün E. Süleymanovaya təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR