Bakıda iki avtomobil toqquşub, sürücülərdən biri ölüb

Bakıda iki avtomobil toqquşub, sürücülərdən biri ölüb
# 29 yanvar 2014 08:03 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Zirə qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Niyazi Hüseyn oğlu Abdullayevin idarə etdiyi “Qaz 31” markalı, 10-MT-066 dövlət nömrə nişanlı avtomobil Vüqar Səlim oğlu Səlimovun idarə etdiyi “Niva” markalı, 90-SM-592 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində “QAZ 31” markalı avtomobilin sürücüsü dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR