Baş Prokurorluq işə qəbulla əlaqədar müsabiqə elan edib

Baş Prokurorluq işə qəbulla əlaqədar müsabiqə elan edib
# 16 avqust 2013 12:22 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycan Respublikasının Baş Prokurorluğu işə qəbulla əlaqədar müsabiqə elan edib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün 100 ştat vahidi üzrə növbəti müsabiqə elan olunub. Sənədlər Baş Prokurorluğun qəbul otağında (Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi, 7) sentyabrın 2-dən oktyabrın 31-nə qədər hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan saat 17.30-dək qəbul ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR