Ali Hərbi Məktəbə Heydər Əliyevin adının verilməsinin 10 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTOSESSİYA - VİDEO

Ali Hərbi Məktəbə Heydər Əliyevin adının verilməsinin 10 illiyinə həsr olunmuş tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 14 mart 2014 13:32 (UTC +04:00)

APA-nın məlumatına görə, mərasimdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Silahlı Qüvvələrin rəhbərliyi, ayrı-ayrı hərbi qurumların və güc strukturlarının nümayəndələri, məktəbin kursantı olmuş və hazırda ehtiyatda olan yüksək rütbəli zabitlər iştirak ediblər.

Əvvəlcə müdafiə naziri AAHM-in həyətində H. Əliyevin abidəsi önünə əklil qoyub.

Tədbirdə qeyd olunub ki, AAHM 1921-ci ildə yaradılmış ilk Azərbaycan ali hərbi məktəbin davamçısıdır. Məktəb 28 nəfər Sovet İttifaqı Qəhrəmanı, 10 nəfər Azərbaycanın Milli Qəhrəmanı yetirib.

Tədbirdə çıxış edən Məktəbin rəisi, general-mayor Heydər Piriyev Ali Baş Komandan, prezident İlham Əliyevə məktəbə göstərdiyi diqqətə görə minnətdarlığını bildirib.

«Heydər Əliyevin adının məktəbimizə verilməsi elə bir hadisədir ki, biz bunun 20, 30, 40 illiklərini qeyd edəcəyik. Bu bizim məktəbin tarixində unudulmaz hadisədir», - deyə H.Piriyev qeyd edib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov məktəbin şəxsi heyətini təbrik edərək onlara təhsil və xidmətlərində uğurlar arzulayıb. Nazir qeyd edib ki, H. Əliyev Azərbaycanın müasir ali hərbi təhsil sisteminin banisidir: «Ümummilli lider dəfələrlə bu məktəbdə olub, kursant və zabitlərə öz tövsiyələrini verib. Sizlərin təhsildə, təlimdə qazandığınız uğurlar bizi sevindirir. Məktəbin uğurları hər zaman dövlət rəhbərliyinin diqqətindədir. Bizim peşəkar hərbi kadrlara ehtiyacımız var».

Z. Həsənov qeyd edib ki, bu gün AAHM-də Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən kursantlar təhsil alırlar. Məktəbdə yüksək ixtisaslı zabit kadrların hazırlanması üçün bütün imkanlar var.

«Bu gün bizim bir problemimiz var, o da Dağlıq Qarabağ münaqişəsidir. Silahlı Qüvvələrin Ali Baş Komandanı hər an torpaqlarımızı işğaldan azad etməyə hazır olmağı qarşımıza qoyub. Bizim dövlət bayrağımız işğal altındakı torpaqlarımızda dalğalanacaq», - deyə nazir vurğulayıb.

Tədbirdə müdafiə nazirinin əmri ilə AAHM-in bir qrup zabit və kursantının mükafatlandırıldığı elan edilib.

AAHM məzunları adından çıxış edən Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Fəxrəddin Cəbrayılov qeyd edib ki, H. Əliyevin təşəbbüsü ilə general-leytenant Valeh Bərşadlı Almaniyadan Bakıya gətirilərək məktəbin rəisi təyin etdirib. H. Əliyevin diqqəti sayəsində məktəbdə Azərbaycanlı kursantların sayı artırılıb: “Hansı ki, Azərbaycan müstəqillik əldə edəndən sonra həmin zabitlər Milli Ordunun formalaşmasında mühüm rol oynayıblar”.

Sonda tədbir iştirakçıları adından dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul edilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR