Renkinq: «VTB-Azerbaijan» aktivlərin, depozitlərin və uzunmüddətli kreditləşmənin dinamikasına görə ölkə bankları sırasında liderdir

Renkinq: «VTB-Azerbaijan» aktivlərin, depozitlərin və uzunmüddətli kreditləşmənin dinamikasına görə ölkə bankları sırasında liderdir
# 14 mart 2014 08:00 (UTC +04:00)

Bakı - APA-Economics. «Bank VTB (Azerbaijan)» ASC aktivlərin və uzunmüddətli kreditləşmənin illik dinamikasına görə ölkə bankları sırasında liderdir. «Bu barədə «APA-Economics»in ötən ilin yekunlarına həsr olunmuş Azərbaycan banklarının renkinq cədvəlində qeyd olunub», - deyə «VTB-Azərbaijan»dan bildirilib.

Xatırladaq ki, 2013-cü ilin yekunlarına əsasən, «VTB-Azərbaijan» bankının aktivləri 2,4 dəfə, uzunmüddətli kreditlərin həcmi isə 2,5 dəfə artıb.

Həmçinin, «VTB-Azərbaijan» «APA-Economics»in 2014-cü ilin yanvarın 1-nə olan renkinq cədvəllərində kredit portfelinin artım dinamikasına görə ölkə bankları sırasında ikinci yerdə, depozit portfelinin illik dinamikası görə isə birinci yerdədir.

Belə ki, 2013-cü ilin yekunlarına görə, bankın kredit portfeli 2,6 dəfə, depozit portfeli isə 4 dəfə artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR