Gələn ildən Gürcüstanda 1 May- Zəhmətkeşlərin Həmrəyliyi Bayramı Günü elan olunacaq

Gələn ildən Gürcüstanda 1 May- Zəhmətkeşlərin Həmrəyliyi Bayramı Günü elan olunacaq
# 01 may 2014 22:27 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanda gələn il 1 May-Zəhmətkeşlərin Həmrəyliyi Bayramı Günü elan olunacaq və həmin gün qeyri iş günü sayılacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Həmkarlar Birliyinin sədri İrakli Petriaşvili jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu təklifi baş nazir İrakli Qaribaşvili də dəstəkləyib və gələn il 1 Mayın iş günü olmaması və bayram kimi elan olunması üçün müvafiq göstəriş verilib.

İ. Petriaşvili qeyd edib ki, 1 May Avropa Birliyinin bir çox ölkələrində iş günü sayılmır və bayram günüdür. O, Gürcüstan hakimiyyətini 1 Mayı milli bayram kimi elan etməsinə çağırdığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR