Türkiyə baş prokuroru: “Korrupsiya ilə mübarizədə yalnız cəza tədbirləri ilə uğur qazanmaq mümkün deyil” - FOTO

Türkiyə baş prokuroru: “Korrupsiya ilə mübarizədə yalnız cəza tədbirləri ilə uğur qazanmaq mümkün deyil”  - <span style="color: red;">FOTO
# 01 iyul 2014 08:25 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Korrupsiyaya cəmiyyət üçün xəstəlikdir”. APA-nın məlumatına görə, bunu “Korrupsiyaya Qarşı Mübarizə: Beynəlxalq Standartlar və Milli Təcrübələr” mövzusunda Bakıda keçirilən konfransında çıxış edən Türkiyənin Yarğıtay cümhuriyyət baş prokuroru Hasan Ərbil deyib.

H. Ərbil bildirib ki, hansısa məqsədə nail olmaq üçün verilən hədiyyə və bəxşişlər rüşvət kimi dəyərləndirilməlidir: “Demokratik dövlətdə rüşvətxorluğun yayılması demokratik dəyərlərə zərbədir. Demokratiya və idarəetmə sistemi korrupsiyaya bulaşırsa, yoxsulluqla mübarizə aparmaq gücünü itirir. Bunun üçün də korrupsiya ilə ciddi mübarizə aparılmalıdır. Korrupsiya olan yerdə sağlam rəqabət olmur. Bu da xarici sərmayədarlarda inamsızlıq yaradır. Korrupsiya ilə mübarizədə yalnız cəza tədbirləri ilə uğur qazanmaq mümkün deyil. Bunun üçün işsizlik, yoxsulluq kimi iqtisadi və sosial problemlər də həll olunmalıdır. Türkiyədəki rüşvətxorluğu iki yerə ayırmaq olar. Birinci kiçik miqyaslı rüşvətxorluqdur. Məsələn gömrükdə, polisdə və digər yerlərdə vətəndaşın işini daha tez və asan həll etmək və yaxud cəzalardan qurtulmaq üçün verilən rüşvət. İkinci isə sistemli, böyük həcmli rüşvətxorluqdur. Buna misal olaraq dövlət idarələrində bank kreditlərin istifadə edilməsində, idxal-ixrac əməliyyatlarında baş verən korrupsiyadır. Türkiyə rüşvətxorluqla mübarizə aparmaq üçün bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR