ABŞ dövlət katibi Ukraynaya gedir

ABŞ dövlət katibi Ukraynaya gedir
# 03 mart 2014 07:07 (UTC +04:00)

APA-nın “RBK Ukraina” saytına istinadən verdiyi xəbərə görə, C.Kerri özünün “Twitter” səhifəsində bu gün Ukraynaya yola düşəcəyini və sabah (martın 4-də) Kiyevdə Ukrayna rəhbərliyi ilə görüşəcəyini açıqlayıb.

Dövlət Departamentindən bildirilib ki, C.Kerri Ukraynanın yeni hökumətinin yüksək vəzifəli şəxsləri, Ali Radanın rəhbərliyi, vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşəcək: “Dövlət katibi Ukraynanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və Ukrayna xalqının kənardan müdaxilə və təxribatlar olmadan öz gələcəyini sərbəst müəyyən etmək hüququna ABŞ-ın qəti dəstəyini ifadə edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR