Dövlət Sosial Müdafiə Fondunun sədri Saatlıda vətəndaşları qəbul edəcək

Dövlət Sosial Müdafiə Fondunun sədri Saatlıda vətəndaşları qəbul edəcək
# 04 mart 2014 07:05 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev martın 12-də DSMF-nin Saatlı rayon şöbəsinin inzibati binasında Saatlı, Şirvan, Hacıqabul, Sabirabad, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

DSMF-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, qəbulda iştirak edəcək vətəndaşların martın 12-də Fondun həmin rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF-nin Saatlı rayon şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR