Bakıda 18 mərtəbəli binanın damından özünü atmaq istəyən şəxs xilas edilib - YENİLƏNİB - VİDEO

Bakıda 18 mərtəbəli binanın damından özünü atmaq istəyən şəxs xilas edilib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 12 fevral 2014 16:10 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı şəhərində çoxmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyən şəxs xilas edilib. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, intihar etmək istəyən şəxs Bakı şəhər sakini, 1947-ci il təvəllüdlü İsrafil Nadir oğlu İsrafilovdur.

İ. İsrafilovun özünü atmaq istədiyi binadan ev alıb. Lakin həmin binanın tikinti işləri gec qurtardığına görə intihar etmək istəyib. İ. İsrafilov hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən xilas edilib.

***

18.50

Bakı. Fuad Cəfərov - APA. Bakıda bir nəfər çoxmərtəbəli binanın damına çıxaraq intihar edəcəyini bildirib.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün 18.15 radələrində Şərifzadə küçəsi, 13 ünvanında yerləşən 18 mərtəbəli binada qeydə alınıb.

Hələlik kimliyi məlum olmayan şəxs binanın damına çıxaraq özünü atacağını bildirib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və hüquq-mühafizə orqanların əməkdaşları gəliblər.

Hazırda özünü atmaq istəyən şəxsin xilas edilməsi istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR