Müxalifət liderləri və fəalları Rəsulzadənin abidəsini ayrı-ayrılıqda ziyarət ediblər

Müxalifət liderləri və fəalları Rəsulzadənin abidəsini ayrı-ayrılıqda ziyarət ediblər
# 28 may 2014 10:24 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Müsavat Partiyası ilə Milli Şuranın rəhbərliyi və fəalları 28 May - Respublika Günü ilə əlaqədar Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin Novxanıda yerləşən abidəsini ayrı-ayrılıqda ziyarət ediblər.

APA-nın məlumatına görə, abidənin önünə əklillər qoyulub, Rəsulzadə və digər cümhuriyyət qurucularının ruhuna dualar oxunub.

İştirakçılar çıxışlarında Xalq Cümhuriyyətinin yaranmasının Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldığını, cümhuriyyətin şərqdə ilk demokratik respublika olduğunu və Azərbaycan Respublikasının müstəqilliyinin əldə olunmasında həmin tarixi ənənənin böyük rol oynadığını vurğulayıblar.

Qeyd edək ki, abidəni əvvəlcə Müsavat Partiyasının başqanı İsa Qəmbər, partiya rəhbərliyində təmsil olunan şəxslər və fəallar, daha sonra Milli Şura rəhbərliyi - Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu və MŞ üzvləri ziyarət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR