Ədliyyə Nazirliyi Penitensiar Xidmətində müşavirə keçirilib

Ədliyyə Nazirliyi Penitensiar Xidmətində müşavirə keçirilib
# 18 aprel 2014 15:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətində müşavirə keçirilib.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Penitensiar Xidmətin rəisi Mədət Quliyevin sədrliyi ilə keçən müşavirədə aidiyyəti xidmət sahələrinin və Bakı Şəhər Baş Təhsil İdarəsinin məsul əməkdaşlarının, bir sıra cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları rəislərinin, cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən orta məktəb direktorlarının çıxışları dinlənilib. Təhsil müəssisələrİndə məhkumların ümumi orta təhsilə cəlb olunması işində mövcud olan çətinliklərlə yanaşı müəyyən nəticələrin də əldə olunduğu, cəzaçəkmə müəssisələrindəki ümumi orta məktəb məzunları arasında orta ixtisas və ali təhsil müəssisələrinə daxil olma hallarının da istisna olmadığı diqqətə çatdırılıb.


Müşavirədə yeni cəzaçəkmə müəssisələrinin inşası ilə bağlı məsələlər ətrafında da müzakirələr aparılıb, inşası davam etdirilən müəssisələr barədə aidiyyəti xidmət sahəsinin hesabatı dinlənilib, artıq bu sahədə əldə olunmuş təcrübəyə əsaslanaraq tikinti-quraşdırma işlərinin daha mükəmməl yerinə yetirilməsinin təmin olunması tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR