BDU ilə Tirana Politexnik Universiteti arasında memorandum imzalanıb - FOTO

BDU ilə Tirana Politexnik Universiteti arasında memorandum imzalanıb - <span style="color: red;">FOTO
# 06 dekabr 2013 16:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin prezidenti, Tirana Politexnik Universitetinin rektoru Corqan Kaçanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.

BDU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə BDU rektoru Abel Məhərrəmov universitetin üzvü olduğu şəbəkənin fəaliyyətindən razılıq ifadə edib. Eyni zamanda rektor Albaniyanın Tirana Politexnik Universiteti ilə əməkdaşlığın daha da genişləndirilməsi barədə təkliflər irəli sürüb.

Sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum geologiya, biologiya, ekologiya və torpaqşünaslıq, informasiya texnologiyaları sahəsində müəllim-tələbə müdaxiləsi, birgə elmi simpozium, seminar və konfransların təşkili, layihə və proqramlarda iştirak və s. digər məsələləri nəzərdə tutur. İmzalanma mərasimindən sonra çıxış edən rektorlar bu sənədin gələcəkdə təhsil və elmin daha da inkişafı baxımından əhəmiyyətli olacağını qeyd ediblər.

Qeyd edək ki, qonaqlar universitetin Elektron Tədris Mərkəzi, Azərbaycanın Faydalı Qazıntılar Muzeyi, akademik Şəfaət Mehdiyevin adını daşıyan auditoriya, Nano araşdırmalar laboratoriyası ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR