Rusiyanın şərqində bir-birinin ardınca üç zəlzələ olub

Rusiyanın şərqində bir-birinin ardınca üç zəlzələ olub
# 17 may 2014 02:53 (UTC +04:00)

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, 4 bal gücündə olan ilk təkanlar mayın 16-da, yerli vaxtla 12:25-də, Şikotan adasından 74 km cənubi-qərbdə, 70 km dərinlikdə qeydə alınıb.

Yeddi saat sonra İturup adasından 190 km şimali-şərqdə, 170 km dərinlikdə 3,7 bal gücündə zəlzələ olub.

Yeraltı təkanlar yaşayış məntəqələrində hiss olunmayıb.

Yerli vaxtla saat 22:26-da isə 4,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Paramuşir adasından 130 km şimali-şərqdə, 70 km dərinlikdə yerləşib.

Zəlzələ Severo-Kurilsk şəhərində hiss olunub.

Dağıntı və tələfat qeydə alınmayıb. Sunami təhlükəsi elan edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR