Ədliyyə naziri Fikrət Məmmədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Ədliyyə naziri Fikrət Məmmədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
# 18 sentyabr 2013 15:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə naziri Fikrət Məmmədov Azərbaycana səfərə gəlmiş Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Henri Kerali ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə çıxış edən nazir bu ilin iyununda Bankın Vaşinqtondakı baş qərargahına səfərinin səmərəli və məhsuldar olduğunu bildirib.

H.Kerali isə Dünya Bankı ilə birgə həyata keçirilən layihənin nəticələrindən danışaraq bu sahədə Azərbaycanın müsbət təcrübəsini unikal nümunə kimi qiymətləndirib.

Görüşdə Azərbaycan vətəndaşlarının məhkəmə orqanlarına müraciət imkanlarının xeyli asanlaşdırılmasına xidmət edəcək yeni layihənin məqsədləri, o cümlədən infrastrukturun müasirləşdirilməsi, ədliyyə və məhkəmə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR