ABŞ Suriya qaçqınlarına 290 milyon dollar yardım ayırıb

ABŞ Suriya qaçqınlarına 290 milyon dollar yardım ayırıb
# 05 iyun 2014 03:24 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, son üç il ərzində yardım paketi 2 milyard dolları ötüb keçib.

ABŞ dövlət departamentinin təqdim etdiyi rəqəmlərə əsasən, 4,7 milyon nəfərə bilavasitə Suriyada, 2,8 milyon nəfərə isə qonşu ölkələrdə müvafiq humanitar yardım göstərilib.

Xatırladaq ki, Suriyada vətəndaş müharibəsi 2011-ci ilin martında başlayıb. Nəticədə milyonlarla insan qaçqın vəziyyətinə düşüb, 150 mindən çox adam silahlı münaqişənin qurbanı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR