ETSN-in Milli Hidrometeorologiya Departamentinin rəsmisi Bakıda müşahidə olunan güclü küləkdən danışıb

ETSN-in Milli Hidrometeorologiya Departamentinin rəsmisi Bakıda müşahidə olunan güclü küləkdən danışıb
# 17 mart 2014 21:01 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, əvvəldən təqdim edilən proqnozda güclü küləyin əsəcəyi barədə məlumat verilib.

Onun sözlərinə görə, tibbi-meteoroloji proqnozda da gün ərzində tez-tez güclü cənub-qərb küləyi və şimal-qərb küləklərinin bir-birini əvəz etməsinin gözlənildiyi qeyd olunub.

G.Məmmədova bildirib ki, yaxın 2-3 gün ərzində belə küləkli havanın davam edəcəyi gözlənilir və bu da meteohəssas insanlar üçün diskomfort hissi yarada bilər: “Gün ərzində paytaxtda güclü cənub-qərb küləyi əsirdi, indi isə güclü şimal-qərb küləyi əsir. Sabah güclü şimal-qərb küləyinin günün I yarısında mülayimləşəcəyi, günün ikinci yarısında isə güclü cənub küləyi ilə əvəz olunacağı gözlənilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR