Cəlilabadda fərdi evdə yanğın olub

Cəlilabadda fərdi evdə yanğın olub
# 02 iyul 2014 09:35 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev - APA. Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə iyulun 2-də saat 10.30 radələrində rayonun Ağdaş kənd sakini, 1966-cı il təvəllüdlü İbrahim Rüstəmova məxsus birmərtəbəli, 3 otaqlı fərdi yaşayış evində qeydə alınıb. Yanğının söndürülməsindən ötrü hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub. Onların səyləri ilə yanğın qısa müddətdə lokallaşdırılmaqla onun əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın nəticəsində ümumi sahəsi 60 kvadratmetr olan evin bir otağının tavan hissəsi 10 kvadratmetr sahədə yanaraq yararsız vəziyyətə düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının dəqiq başvermə səbəbləri ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR