Kiyev, Moskva və ATƏT nümayəndələri Ukraynadakı böhranın nizamlanması istiqamətində razılığa gəliblər

Kiyev, Moskva və ATƏT nümayəndələri Ukraynadakı böhranın nizamlanması istiqamətində razılığa gəliblər
# 09 iyun 2014 19:09 (UTC +04:00)

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Ukrayna, Rusiya və ATƏT nümayəndələri iyunun 8-i və 9-da üç görüş keçiriblər.

Ukrayna XİN məlumatında bildirilir ki, Donetsk və Luqansk vilayətlərində vəziyyətin nizamlanması, münaqişənin həlli üçün qarşılıqlı kompromislərin axtarılmasına dair ümumi anlaşma əldə edilib.

Təmas qrupunun üzvləri danışıqların davam edəcəyi barədə də razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR