Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 6 iyun - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 6 iyun - <span style="color: red;">VİDEO
# 06 iyun 2014 17:07 (UTC +04:00)
Bakı-APA. Erməni qan görüb. Hə, bu ifadə elə-belə yaranmayıb. Ermənilərin on illiklərdir azərbaycanlılara qarşı törətdikləri soyqırımı faktları və məlum tarixi hadisələr zamanı sonradan buna görə layiqli cavablarını almaları bu ifadənin yaranmasına səbəb olub. Bu ifadə həm də onların nə qədər qorxaq və nə qədər rəzil olduqlarını görən və indi dünyada olmayan insanlar tərəfindən deyilən və nəsillərin yaddaşında saxlanılan deyimdir. Ermənilərin bu günkü hay-küyü də onların qorxaqlığının sübutudur. Cəbhə xəttində daim təxribatlar törədən, hətta mülki əhaliyə belə snayperlərdən atəş açan erməni ordusunun nazir səviyyəsində ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsi Anjey Kaspşikə "gərginliyi azaldın" müraciəti gülüncdür. Adama - əgər adamdırsa sual verərlər ki, ay Ohanyan, neçə illərdir indi şikayət etdiyiniz qurumun hansı tələblərinə, hansı qərarına məhəl qoymusunuz ki, ədalət tələb edirsiniz? Mən sizə deyim, əslində, ermənilərin bu şikayətinin səbəbi başqadır. Səbəb ermənilərin son zamanlar hansısa bir əsgərimizi şəhid etdikdə bunun qarşılığını ikiqat almaları və Azərbaycanın müdafiə nazirinin cəbhə xəttində xidmət keçən hərbçilərimizə son müraciətidir. "Hər bir erməni hərbçisi bilməlidir ki, onu ölüm gözləyir. O, ya məhv edilməli, ya da şikəst olmalıdır!" Bu isə doğrudan da qandır!
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR