Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanının nəticələri açıqlanıb

Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanının nəticələri açıqlanıb
# 03 iyun 2014 13:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 3 saat davam edən imtahanda namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunub. Sualların 80-i namizədin hüquq və qanunvericilik sahəsi üzrə biliyini, 20-si isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir.

İmtahanın nəticələri saat 15:30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahanda iştirak üçün namizədliyi qeydə alınmış 382 nəfərdən 79-u imtahana gəlməyib. Ümumi nəticədə 55 və daha çox bal toplayan 131 namizəd müsabiqənin ikinci mərhələsinə - söhbətə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR